Dekabr ayının 4-də Sustainera Solutions və İnogen Alliance Dubayda keçirilən COP28-də, iqlim maliyyələşdirilməsi üzrə tədbirin təşkilatçıları kimi çıxış etmişdir.

“Dövlət və özəl təşəbbüslər vasitəsilə İqlim Transformasiyası üçün Maliyyələşdirmənin Gücləndirilməsi Təcrübələri” adlı tədbirdə İnogen Alliance üzv şirkətləri ANTEA Brasil, Tonkin+Taylor, İntegral Consult eləcə də Amerika Azərbaycan Ticarət Palatasının Direktoru Gülnarə Aslanbəyli məruzəçi qismində çıxış ediblər.

İnanırıq ki, bu tədbir çərçivəsində əldə olunan biliklər və qurulan əlaqələr həm qlobal, həm də yerli səviyyədə davamlı həllərin inkişafında mühüm rol oynayacaq.